Masallı “ASAN Həyat” kompleksi -  10 il

Masallı “ASAN Həyat” kompleksinin açılışından 10 il ötür. 

Kompleks Prezident İlham Əliyevin iştirakı ilə 2016-cı il sentyabrın 3-də açılıb. Burada “ASAN xidmət” mərkəzi, “ABAD” mərkəzi, Kinoklub, İncəsənət mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi, ASAN kafe fəaliyyət göstərir.

Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində  3 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə 400-ə yaxın xidmət həyata keçirilir. Vətəndaşlara səyyar formada da xidmət göstərilib. Səyyar xidmətlərdən bu bölgədə  300 minə yaxın vətəndaş yararlanıb. 

Mərkəzə gündəlik orta müraciət sayı 1200-dən çoxdur.

Fəaliyyət müddəti ərzində mərkəzdə 1000-ə yaxın könüllü məzun olub. 

“ABAD” publik hüquqi şəxsin regional mərkəzlərindən biri olan Masallı “ABAD” mərkəzi regionda qida istehsalı və sənətkarlıq sahəsində fəaliyyət göstərən ailələrə dəstək göstərir.

Mərkəz tərəfindən qida istehsalı ilə məşğul olan 10 ailəyə müasir avadanlıqlarla təchiz edilmiş monoblok-konteynerlər təqdim olunub. Konteynerlərdə pendir, kolbasa və sosiska, turşular, mürəbbə məhsulları istehsal edilir.

Əlavə olaraq Masallıda müxtəlif sənətkarlıq sahələrində çalışan 9 sənətkarın məhsullarının satışına dəstək göstərilir.

Hazırda 28 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan, Lənkəran və Şuşadadır.

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 9 milyon 200 mindən çox vətəndaşın 101 milyondan çox müraciəti daxil olub.

Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 % təşkil edir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR