“DOST to DOST” layihəsi çərçivəsində ilk təlimlərə start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində DOST Agentliyinin birgə təşkilatçılığı ilə DOST könüllüləri üçün həyata keçirilən “DOST to DOST” layihəsi çərçivəsində “Əməyin mühafizəsi üzrə təcrübə əsaslı təlim proqramı”nın I mərhələsinə start verilib.

Layihənin “Öyrən” adlanan I mərhələsi çərçivəsində təşkil olunan ilk təlim “Rəqəmsal texnologiyalar və süni intellektin əməyin mühafizəsində rolu” mövzusuna həsr olunub.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşları tərəfindən keçirilən təlim zamanı rəqəmsal texnologiyaların və süni intellekt həllərinin əməyin mühafizəsi sahəsində yaratdığı imkanlardan bəhs edilib. Eyni zamanda iş yerlərində mövcud risklərin müəyyən edilməsi, onların qabaqcadan qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsində müasir texnologiyaların rolu barədə iştirakçılara ətraflı məlumat verilib.

Təlimin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

21 DOST könüllüsünün iştirak etdiyi layihənin əsas məqsədi gənclərin əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsiz iş mühiti ilə bağlı biliklərinin artırılması, onlarda real iş şəraitində riskləri müəyyən etmək və qiymətləndirmək, düzgün qərar vermək bacarıqlarının formalaşdırılması, eləcə də əməyin mühafizəsi mədəniyyətinin təşviq edilməsidir.

Qeyd edək ki, layihənin I mərhələsi çərçivəsində növbəti 3 mövzu üzrə nəzəri və praktiki təlimlərin təşkili nəzərdə tutulur.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR