ATU əməkdaşı dörd nüfuzlu beynəlxalq proqramı uğurla başa vurub

Azərbaycan Tibb Universitetində (ATU) peşəkar inkişaf və beynəlxalq təcrübənin artırılması istiqamətində aparılan işlər davam etdirilir və bu istiqamətdə növbəti uğura imza atılıb. Belə ki, ATU-nun İnnovasiya və Keyfiyyətin İdarəedilməsi Ofisinin rəhbəri, dosent Aygün Babayeva dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən təqdim olunan, müasir səhiyyə, təhsil, rəqəmsal innovasiya və dayanıqlı inkişafın aktual istiqamətlərini əhatə edən dörd ixtisaslaşmış təlim proqramını uğurla başa vuraraq müvafiq beynəlxalq sertifikatlar əldə edib.

Tamamlanan proqramlar süni intellektin səhiyyədə etik və məsuliyyətli tətbiqi, teletibb, inklüziv təlimin təşkili, eləcə də iqlim dəyişiklikləri ilə mübarizə və dayanıqlı fəaliyyət kimi qlobal əhəmiyyət daşıyan mövzuları əhatə edir. İlk istiqamət olan səhiyyə üçün süni intellektin etikası və idarəedilməsi BMT-nin Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutu (UNITAR) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (WHO) Rəqəmsal Səhiyyə və İnnovasiya bölməsi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Proqram süni intellekt texnologiyalarının səhiyyədə məsuliyyətli tətbiqi üçün zəruri olan etik prinsipləri, insan hüquqları məsələlərini və tənzimləyici mexanizmləri əhatə edir.

Kurs çərçivəsində süni intellektin tibbi praktikada, ictimai səhiyyədə və səhiyyə sistemlərinin idarə olunmasında tətbiqinin etik və məsuliyyətli aspektlərinə xüsusi diqqət yetirilir.

Teletibb -UNITAR tərəfindən BMT-nin Əməliyyatlara Dəstək Departamentinin (DOS) Səhiyyə Xidmətlərinin İdarəedilməsi və Əməyin Mühafizəsi Bölməsi (DHMOSH) ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan proqramdır və məsafədən tibbi xidmətlərin göstərilməsi üzrə müasir yanaşmaları əhatə edir.

Təlim proqramında distant klinik iş prosesləri, sərhədlərarası səhiyyə kommunikasiyası, telediaqnostika, eləcə də müasir teletibb platformaları üçün informasiya texnologiyaları və məlumat təhlükəsizliyi standartları öyrənilir.

İnklüziv təlimin dizaynı üzrə proqram isə UNITAR tərəfindən təqdim olunur və BMT-nin Əlilliyi olan şəxslərin inklüzivliyi üzrə Strategiyasına əsaslanır.

Kurs iştirakçılarına əlçatanlıq, gender və güc münasibətləri ilə bağlı mövcud maneələrin aradan qaldırılması, eləcə də təhsilin bütün mərhələlərində bərabər və inklüziv öyrənmə mühitlərinin və kurikulumların hazırlanması üçün praktiki alətlər təqdim olunur.

Sonuncu proqram - İqlim naminə idman BMT-nin İqlim Dəyişikliyi üzrə Təlim Tərəfdaşlığı (UN CC:Learn) və UNITAR tərəfindən təşkil olunub. Proqram ətraf mühitin dayanıqlılığı və ictimai sağlamlığın təşviqinə yönəlib.

Təlim çərçivəsində emissiyaların azaldılması, iqlim dəyişikliklərinə uyğunlaşma və dayanıqlı fəaliyyət planlarının hazırlanması üzrə strategiyalar təqdim edilir. Həmçinin institusional fəaliyyətlərin qlobal iqlim dayanıqlılığının gücləndirilməsinə necə töhfə verə biləcəyi vurğulanır.

Universitet əməkdaşının müvafiq istiqamətlər üzrə yeni bilik və bacarıqlar əldə etməsi Azərbaycan Tibb Universitetində müasir və innovativ tibbi təhsilin inkişafına, eləcə də daha inklüziv və keyfiyyətli səhiyyə xidmətlərinin formalaşdırılmasına töhfə verir.

Bu beynəlxalq sertifikatların əldə olunması həmçinin universitet əməkdaşlarının davamlı peşəkar inkişafının, qlobal təcrübənin öyrənilməsinin və müasir çağırışlara uyğun biliklərin institusional fəaliyyətə inteqrasiyasının əhəmiyyətini bir daha nümayiş etdirir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR