Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib

Bakı şəhərindəki ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən konfransın l hissəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova,  Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Təhsilverənlərin peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Elm və Təhsil Nazirliyinin, MÜTDA və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ümumi təhsil müəssisələrinin rəhbərləri, metodistlər iştirak ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfrans iştirakçılarını salamlayan MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib, onlara uğurlar arzulayıb. 2025–2026-cı tədris ili ərzində  təhsil müəssisələrində görülən işlər və əldə olunan nəticələr barədə təqdimatla çıxış edən N.Hüseynova əsas göstəricilər üzrə dinamikanı diqqətə çatdırıb, mövcud məsələlər və onların həlli istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, yeni tədris ili üzrə prioritetlərə toxunaraq qarşıda duran əsas hədəfləri diqqətə çatdırıb.

N.Hüseynova bildirib ki, yeni tədris ilində də ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, qabaqcıl pedaqoji təcrübələrin yayılması, rəqəmsal və innovativ yanaşmaların tətbiqinin genişləndirilməsi, istedadlı şagirdlərin dəstəklənməsi, həmçinin məktəb–valideyn əməkdaşlığının daha da möhkəmləndirilməsi və digər istiqamətlər paytaxt təhsilinin qarşısında duran hədəflərinin mühüm tərkib hissəsidir.

BŞTİ-nin müdir müavini Turanə Məcidli, ARTİ-nin Təhsilverənlərin peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Zinyət Əmirova, Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova məktəbdaxili qiymətləndirmənin obyektivliyi, zəif nəticə göstərən şagirdlərlə iş, müəllimlər arasında əməkdaşlıq və təcrübə mübadiləsi, keyfiyyət monitorinqləri və buraxılış imtahanlarının nəticələrinin müqayisəli təhlili, məktəbdənkənar fəaliyyətlərin əhatəliliyi və nəticəyönümlülüyü ilə bağlı təqdimatlar edib, qeyd olunan istiqamətlər üzrə qarşıda duran vəzifə və hədəfləri diqqətə çatdırıblar.

Konfransın ll hissəsi paytaxt üzrə məktəbəqədər təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, konfrans sabah da işini davam etdirəcək.

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin rəhbərləri, fənn müəllimləri, metodistlər və məktəb psixoloqlarının iştirakı ilə panel müzakirələr təşkil olunacaq, növbəti dərs ili üçün fəaliyyət planı hazırlanacaq və müvafiq təkliflər təqdim olunacaq.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR