Maarifləndirici seminarlar keçirilib

“Regionlarda kibertəhlükəsizlik məsələləri” layihəsinin növbəti mərhələsi çərçivəsində Saatlı və Mingəçevir şəhərlərində vətəndaşlar üçün maarifləndirici seminarlar təşkil olunub. Seminarlarda iştirakçılara gündəlik həyatda qarşılaşa biləcəkləri əsas kibertəhdidlər, sosial mühəndislik, fişinq hücumları, şəxsi məlumatların və hesabların qorunması, eləcə də kibertəhlükəsiz davranış qaydaları barədə məlumat verilib.

 

Seminarlar interaktiv formatda keçirilib, iştirakçıların sualları cavablandırılıb və real həyatda rast gəlinən kibertəhlükəsizlik riskləri ilə bağlı praktiki nümunələr təqdim olunub. Tədbirlər vasitəsilə region sakinlərinin kibertəhlükələr barədə məlumatlılığının artırılması və onların rəqəmsal mühitdə daha təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması hədəflənib.

 

Maarifləndirici seminarlarla yanaşı, layihə çərçivəsində kibertəhlükəsizlik sahəsində mütəxəssis hazırlığı istiqamətində təlimlər də davam etdirilir. Saatlı rayonunda təşkil olunan təlimlərdə regionun müxtəlif rayonlarından 30-a yaxın iştirakçı nəzəri və praktiki biliklər əldə edir. 

 

Layihənin əsas məqsədi təlim və seminarlarda iştirak edən şəxslərin sayəsində regionlarda kibertəhlükəsizlik üzrə maarifləndirmənin genişləndirilməsi, vətəndaşların müasir kibertəhdidlərə qarşı məlumatlılığının artırılması və regionda kibertəhlükəsizlik sahəsində yerli kadr potensialının inkişaf etdirilməsidir.

 

“Regionlarda kibertəhlükəsizlik məsələləri” layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrantı çərçivəsində AKTA-nın təşkilatçılığı və AKTA üzvü olan “Cybersign” MMC-nin tərəfdaşlığı ilə həyata keçirilir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR