Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə avqustun 26-da xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib.

Tədbirə Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə şəhid olmuş qəhrəmanlarımızın övladları, valideyn himayəsindən məhrum və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar dəvət alıblar.

Şənlik uşaqlara xoş və unudulmaz gün yaşatmaq, onların asudə vaxtlarının səmərəli və maraqlı təşkilinə şərait yaratmaq, hər bir uşağın diqqət və qayğı ilə əhatə olunduğunu hiss etdirmək məqsədilə təşkil edilib.

İstirahət məkanlarına xüsusi avtobuslarla gələn uşaqlar gün ərzində müxtəlif əyləncəli proqramlarda, maraqlı oyunlarda iştirak edib, yaradıcılıq və ustad dərslərində bacarıqlarını nümayiş etdirib, rəqs edib və həmyaşıdları ilə birlikdə maraqlı vaxt keçiriblər.

Dəniz kənarında, yay ab-havasında keçirilən şənlikdə uşaqlar həm də hovuzda doyunca əyləniblər.

Əyləncələrdən zövq alıb, müxtəlif oyunlarda iştirak edən uşaqlar üçün nahar süfrəsi də təşkil olunub.

Ad günləri həmin tarixə təsadüf edənlər isə bu özəl günü həmyaşıdları ilə birlikdə şənlənərək qeyd ediblər.

Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

11 yaşlı Yunis Abbasov tədbirin onun üçün çox maraqlı keçdiyini bildirərək deyib: “Bu gün burada həmyaşıdlarımla birlikdə çox əyləndim. Birlikdə oyunlar oynadıq, güldük və xoş vaxt keçirdik. Ən çox dostlarımla bir yerdə olmaq mənə xoş gəldi. Belə bir tədbirdə iştirak etdiyim üçün çox sevinirəm”.

10 yaşlı Murad Əzimov isə gün ərzində müxtəlif əyləncələrdə iştirak etdiyini deyib. O qeyd edib: “Bu gün mənim üçün çox gözəl keçdi. Burada çoxlu maraqlı oyunlar oldu. Dostlarımla birlikdə əyləndik, yaddaqalan gün keçirdik. Burada olduğum üçün çox sevincliyəm”.

Bu cür tədbirdə ikinci dəfə iştirak etdiyini söyləyən 10 yaşlı Mədinə Əzizli isə bildirib: “İkinci dəfədir iştirak edirəm. Bu dəfə də çoxlu oynadıq, hovuzda üzdük, rəqs etdik. Dostlarımla birlikdə bütün günü maraqlı keçirdik”.

Uşaqlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, tədbirin təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Heydər Əliyev Fondunun fəaliyyətində həssas kateqoriyaya aid olan uşaqların hərtərəfli qayğı ilə əhatə edilməsi xüsusi yer tutur. Fond valideyn himayəsindən məhrum, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin şəhidlərimizin bizə əmanət qalan övladları üçün mütəmadi olaraq əyləncəli proqramlar təşkil edir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR