İşğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib

İşğaldan azad olunmuş ərazilərimizdə aktiv məşğulluq proqramları daim genişləndirilir.  Doğma yurdlarına qayıdan sakinlərin işlə təminatı ilə yanaşı, onların kiçik bizneslərini qurmaları, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmələri istiqamətində də ardıcıl işlər aparılır.

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüşdə bildirilib.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Qarabağ və Şərqi Zəngəzurda icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verərək, bu proqramların icrasında  işəgötürənlərlə sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

 

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Minatəmizləmə Agentliyinin nümayəndələri iştirak edib.

 

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərin məşğulluqlarının təmin olması sahəsində görülmüş işlər, bu istiqamətdə həyata keçiriləcək birgə tədbirlər müzakirə olunub. İşəgötürənlərə ixtisaslı mütəxəssislərin işğaldan azad olunmuş ərazilərə cəlb edilməsi məqsədilə  onlar üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlar barədə məlumat verilib.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR