Manatın dövretmə sürəti azalıb

Bu ilin avqsutun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,00 bənd təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən hesablamasına görə, bu, cari ilin iyulun 1-i ilə müqayisədə 0,02 bənd və ya 0,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,39 bənd və ya 11,5% azalıb.

Belə ki, bu ilin iyulun 1-nə manatın dövretmə sürəti 3,02 bənd, ötən ilin avqustun 1-nə isə 3,39 bənd təşkil etmişdi.

Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

AMB sədri Taleh Kazımov iyulun 31-də keçirilən mətbuat konfransında bildirib ki, nağd valyuta bazarında ABŞ dollarını daha çox fiziki şəxslər satırlar.

Onun sözlərinə görə, bəzi ekspertlər bunu əhalinin real gəlirlərinin azalması ilə əlaqələndirsələr də, Mərkəzi Bank fərqli tendensiya müşahidə edir.

"Həm nağd bazarda əhali valyuta satır, həm də əvvəlki illərlə müqayisədə manat əmanətlərində kəskin artım qeydə alınır. Təkcə manat əmanətləri deyil, unikal əmanətçilərin sayı da artır. Əgər 2024-cü ilin əvvəlində unikal əmanətçilərin sayı 113,9 min nəfər idisə, bu ilin iyun ayının sonuna həmin göstərici 220 minə çatıb. Beləliklə, təxminən iki il yarımda bu rəqəm demək olar ki, iki dəfə artıb", - deyə o qeyd edib.

T.Kazımov əlavə edib ki, idxalın həcminin azalması da valyuta bazarında tələbin zəifləməsinə təsir göstərir.

AMB sədri bildirib ki, manatın ticarət tərəfdaşlarının valyutalarına qarşı möhkəmlənməsi ölkəyə idxal olunan inflyasiyanın azalmasına şərait yaradır.

"İnflyasiyanın idarə olunmasında qiymətlərin artmasına təsir edən əsas amillər ticarət tərəfdaşlarımızdakı inflyasiya prosesləri və xərc amilləridir. İnflyasiyanı azaldan əsas amil isə nominal effektiv məzənnədir", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, dünya bazarlarında enerji daşıyıcılarının bahalaşması dollar indeksini gücləndirir və bu proses manatın digər valyutalara nisbətən möhkəmlənməsinə səbəb olur.

"Dollar indeksinin möhkəmlənməsi o deməkdir ki, manat digər valyutalara nisbətən də möhkəmlənir. Nəticədə idxal etdiyimiz ticarət tərəfdaşlarının valyutalarına qarşı manatın məzənnəsi güclənir və bu da ölkəyə daha az inflyasiya idxal etməyimizə səbəb olur. Nəzərə almalıyıq ki, qeyri-neft-qaz idxalımızın 80%-i enerji daşıyıcıları ixrac edən ticarət tərəfdaşlarının payına düşür", - deyə T.Kazımov əlavə edib.

SON XƏBƏRLƏR

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

BÜTÜN XƏBƏRLƏR