Şəhid övladları üçün “Zəfər” yay düşərgəsi keçirilib

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində şəhid övladları üçün “Zəfər” yay düşərgəsi keçirilib.

21–24 avqust tarixlərində Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilən düşərgəyə Azərbaycanın müxtəlif bölgələrində yaşayan 12-16 yaş arası 30 məktəbli şəhid övladı cəlb olunub. Düşərgə gələcəyin liderlərinin yetişdiyi zəngin bir inkişaf platforması kimi qapılarını iştirakçıların üzünə açıb. Düşərgənin əsas məqsədi şəhid övladlarının innovativ düşüncə tərzinin, rəqəmsal bacarıqlarının və liderlik keyfiyyətlərinin inkişafına dəstək olmaq, eləcə də onların yay tətilini səmərəli təşkil etməkdir. Layihə çərçivəsində iştirakçılar təcrübəli mütəxəssislərin təlimlərində yer alaraq komanda işi, liderlik və rəqəmsal bacarıqlarını inkişaf etdiriblər. Eyni zamanda, məktəblilər üçün intellektual oyunlar, idman yarışları, əyləncəli proqramlar və innovasiya sahəsində uğur qazanmış tanınmış şəxslərlə motivasiya görüşləri keçirilib.

Layihənin bağlanış mərasimində millət vəkilləri Ceyhun Məmmədov, Mehriban Vəliyeva, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxış edərək layihənin əhəmiyyətindən, gənc nəslin rəqəmsal bacarıqlara yiyələnməsinin və liderlik keyfiyyətlərinin formalaşmasının vacibliyindən, uşaqların yay tətilini səmərəli və faydalı keçirmələri üçün yaradılan şəraitdən danışıb, bu cür təşəbbüslərin gənclərin inkişafındakı əvəzsiz rolunu vurğulayıb, şəhid övladlarının hər zaman diqqət mərkəzində olduğunu qeyd ediblər.

Bağlanış mərasimi şəhid övladlarından ibarət “Qəhrəman övladıyıq” adlı xor qrupunun ifasında səslənən vətənpərvərlik və zəfər ruhlu mahnılarla davam edib.

Mərasimin sonunda düşərgədə iştirak edən şəhid övladlarına sertifikatlar və hədiyyələr təqdim olunub.

Sonda isə xatirə fotosu çəkilib.

SON XƏBƏRLƏR

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

BÜTÜN XƏBƏRLƏR