ADNSU-da SABAH.city üzrə yeni təyinatlar həyata keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SABAH.city layihəsi çərçivəsində yeni təyinatlar həyata keçirilib.

ADNSU-nun Elm departamentinin direktoru, dosent Əli Əli-zadəyə SABAH.city-nin direktoru vəzifəsinin səlahiyyətləri həvalə edilib. Əli Əli-zadə kimya üzrə bakalavr, kristal kimyası üzrə magistr təhsili alıb, M.V. Lomonosov adına Moskva Dövlət Universitetində “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə doktorantura təhsilini başa vurub. 2022-ci ildən ADNSU-da pedaqoji fəaliyyət göstərən Əli Əli-zadə 2025-ci ildən elmi fəaliyyətin təşkili və idarə olunması istiqamətində rəhbər vəzifələrdə çalışıb.

Yusif İbrahimov isə SABAH.city çərçivəsində ADNSU-nun nəzdində yaradılan Süni İntellekt İnstitutunun direktoru təyin edilib. Kompüter elmləri üzrə bakalavr təhsilini ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Strasburq Universiteti ilə ikili diplom proqramı çərçivəsində alan Yusif İbrahimov 2022–2025-ci illərdə Böyük Britaniyanın York Universitetində Kompüter elmləri üzrə PhD təhsili alıb. Onun əsas elmi-tədqiqat istiqamətlərini süni intellekt, dərin öyrənmə, təbii dil emalı və böyük dil modelləri təşkil edir.

Qeyd edək ki, SABAH.city innovasiya, tədqiqat və sahibkarlıq fəaliyyətinin vahid ekosistemdə inkişaf etdirilməsinə yönəlmiş layihədir. Layihə çərçivəsində ADNSU-nun nəzdində Süni İntellekt İnstitutunun yaradılması universitetin süni intellekt üzrə elmi-tədqiqat və innovasiya potensialının gücləndirilməsinə xidmət edəcək.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR