“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin altıncı həftəsi iştirakçılar üçün zəngin və maarifləndirici proqramlarla yadda qalıb.

12–13 yaşlı 53 şəhid övladının iştirak etdiyi düşərgədə hər gün səhər proqramı sağlam həyat tərzini təşviq edən fiziki məşqlərlə başlayıb. Şəhid övladları psixoloqlarla qrup terapiyalarında iştirak edib, "ABAD" tərəfindən təşkil olunan ustad dərslərində yaradıcılıq bacarıqlarını inkişaf etdiriblər.

Həftə ərzində iştirakçılar vəhşi təbiət fotoqrafı Saleh Baxşıyevlə görüşüblər. Görüş zamanı fotoqraf iştirakçılarla Azərbaycanın vəhşi təbiəti, təbiətdə sağ qalma bacarıqları, istiqamətin müəyyən edilməsi, vəhşi heyvanların davranış xüsusiyyətləri və təbiətdə təhlükəsizlik qaydaları barədə məlumatlarını bölüşüb.
O, həmçinin uşaqlara təbiəti sevməyin və qorumağın vacibliyindən danışıb, onların suallarını cavablandırıb.

Dövlət Gömrük Komitəsinin kinoloqları ilə görüşdə iştirakçılar kinoloji xidmətin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edib, onları maraqlandıran sualları cavablandırıblar.

Uşaqlar düşərgə müddətində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sağlam həyat” çərçivəsində səyyar idman avtomobili ətrafında yerləşən idman qurğularında idman normativlərini yerinə yetiriblər.

"Rabitəbank" tərəfindən təşkil olunan maliyyə savadlılığı təlimində iştirakçılar şəxsi büdcənin planlaşdırılması, qənaət vərdişləri və maliyyə məsuliyyəti ilə bağlı praktiki biliklər əldə ediblər.

Parkur saatı və müxtəlif əyləncə proqramları iştirakçıların fiziki fəallığının artırılmasına, komanda ruhunun möhkəmləndirilməsinə və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verib.

ASAN Radio/TV-nin təşkilati dəstəyi və tanınmış müğənnilər - Sevda Yəhyayevanın və Kazımcanın iştirakı ilə keçirilən konsert proqramı iştirakçılara xoş ovqat bəxş edib və düşərgənin yaddaqalan anlarından biri olub.

Bağlanış mərasimində "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov  uşaqlarla görüşərək onların düşərgə ilə bağlı təəssüratlarını dinləyib və onlara uğurlar arzulayıb.

Bununla 5-ci "YAŞAT" düşərgəsinin altıncı həftəsi uğurla başa çatıb.

Tərəfdaşlar: “TABİA Group”, “Lankaran Springs Wellness Resort” Hotel

Sponsorlar: NEQSOL Holding, Bakcell, “Norm” ASC

Dəstəkçilər: Azərbaycan Hava Yolları, “Rabitəbank”, “Mətanət-A” şirkəti, “Bravo” supermarketlər şəbəkəsi, “PASHA Sığorta”, “Badamlı”, “Milla”

Media tərəfdaşları: AzTV, İTV, ASAN Radio/TV.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR