Bu qidalar sizi diqqətsiz edəcək


Avstraliyanın alimləri müəyyən ediblər ki, hətta ultraemal olunmuş qidaların orta səviyyədə qəbulu belə diqqətin zəifləməsi və informasiyanın emal sürətinin azalması ilə əlaqəlidir.

Axşam.az xəbər verir ki, tədqiqatın nəticələri "Alzheimer's & Dementia: Diagnosis Assessment & Disease Monitoring" jurnalında dərc olunub.

Araşdırmada demensiya əlamətləri olmayan 2100-dən çox Avstraliya sakini iştirak edib. Alimlər iştirakçıların qidalanma vərdişlərini diqqət və düşünmə sürətini ölçən koqnitiv testlərin nəticələri ilə müqayisə ediblər. Nəticələr göstərib ki, rasionda ultraemal olunmuş qidaların payı artdıqca diqqət göstəriciləri də pisləşir.

Ultraemal olunmuş qidalara tərkibində müxtəlif əlavələr — dadlandırıcılar, stabilizatorlar, dad gücləndiricilər və digər texnoloji komponentlər olan sənaye üsulu ilə dərin emaldan keçmiş məhsullar daxildir. Bunlara qazlı şirin içkilər, çipslər, fastfud və hazır yeməklər aiddir.

Tədqiqat müəlliflərinin qiymətləndirməsinə görə, gündəlik rasionda bu cür qidaların payının cəmi 10% artması (təxminən bir paket çipsə bərabər) artıq diqqətin azalması ilə əlaqələndirilir. Üstəlik, bu təsir ümumi qidalanmanın keyfiyyətindən asılı olmayaraq müşahidə olunub. Yəni nisbətən sağlam qidalanan insanlarda belə ultraemal olunmuş qidaların yüksək payı mənfi təsir göstərir.

Alimlər qeyd edirlər ki, bu əlaqə yalnız faydalı qidaların çatışmazlığı ilə izah olunmur. Ehtimal olunur ki, əsas rol qidanın emal səviyyəsinə məxsusdur. Bu proses məhsulun strukturunu dəyişir və beyin fəaliyyəti üçün potensial zərərli maddələrin yaranmasına səbəb ola bilər.

Araşdırmada yaddaşın pisləşməsi ilə bağlı əlaqə aşkarlanmayıb. Bununla belə, alimlər vurğulayırlar ki, diqqət öyrənmə, qərarvermə və gündəlik fəaliyyət üçün əsas koqnitiv funksiyalardan biri hesab olunur.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR