Avropa İttifaqı müdafiə innovasiyalarına 115 milyon avro ayırır

Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti müdafiə sahəsində çevik və sürətli innovasiyaların dəstəklənməsini nəzərdə tutan AGILE proqramının yaradılması barədə siyasi razılıq əldə edib.

AZƏRTAC xəbər verir ki, 115 milyon avro büdcəsi olan yeni maliyyə aləti kiçik və orta müəssisələrə, o cümlədən startap və inkişaf mərhələsində olan innovativ şirkətlərə yeni və qabaqcıl müdafiə texnologiyalarının hazırlanması üçün operativ dəstək göstərəcək. Proqram prototiplərin real istifadəyə keçidini sürətləndirməyi, sürətli qrant mexanizmləri, sınaq və sertifikatlaşdırma imkanları təqdim etməyi nəzərdə tutur.

Razılaşmaya əsasən, maliyyələşdirmə qərarlarının dörd ay ərzində qəbul edilməsi, kiçik şirkətlərlə iri müdafiə sənayesi müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, həmçinin məhsulların bazara çıxarılması üçün sınaq infrastrukturlarına sürətli çıxış təmin ediləcək. AGILE çərçivəsində mülki texnologiyaların müdafiə məqsədləri üçün uyğunlaşdırılması da dəstəklənəcək. Yeni proqramın 2027-ci ilin əvvəlindən fəaliyyətə başlaması planlaşdırılır.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR