Milli Məclisdə Rumıniya nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev IV Şuşa Qlobal Media Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rumıniya Parlamenti Senatının Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun üzvü Kristian Avqustin Nikulesku Tsıqırlaş ilə görüşüb.

Azay Quliyev Azərbaycan ilə Rumıniya arasında münasibətlərin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayaraq, dövlət başçıları və parlamentlər səviyyəsində intensiv fəal siyasi dialoqun mövcud olunduğunu bildirib. O qeyd edib ki, qarşılıqlı rəsmi səfərlər və yüksəksəviyyəli təmaslar ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verir. Bu baxımdan hər iki ölkənin parlament sədrlərinin qarşılıqlı səfərləri məmnunluqla xatırlanıb və parlament diplomatiyasının inkişafında belə təmasların xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Öz növbəsində, Kristian Avqustin IV Şuşa Qlobal Media Forumunda iştirakdan xoş təəssüratlarını bölüşərək, Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə edib. O, dövlətlərimiz arasında iqtisadi, nəqliyyat-logistika, səhiyyə, biznes, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf perspektivlərindən söz açıb.

Müzakirələrdə Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nigar Arpadarai və Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare çıxış edərək, ikitərəfli münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndiriblər, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş potensialın olduğunu bildiriblər.

Görüş zamanı Azərbaycan və Rumıniyanın parlamentlərarası dostluq qrupları arasında səmərəli əməkdaşlığın davam etdirilməsinin, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin genişləndirilməsinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR