İşığa görə borc yazan qurumun öz borcu artdı - HESABAT

"Azərişıq" ASC-nin kredit və borc öhdəlikləri 2025-ci ildə əhəmiyyətli dərəcədə artıb.

Plat.az-ın şirkətin 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatına əsasən apardığı hesablamalara görə, qurumun uzunmüddətli kredit və borc öhdəlikləri 2024-cü ilin sonundakı 77 milyon 730 min manatdan 2025-ci ilin sonunda 336 milyon 989 min manata yüksəlib.

Beləliklə, bu öhdəliklər bir il ərzində 259 milyon 259 min manat və ya 4,3 dəfə artıb.

Bununla yanaşı, cari kredit və borc öhdəlikləri isə 398 milyon 656 min manatdan 186 milyon 834 min manata enib.

Nəticədə, "Azərişıq"ın ümumi kredit və borc öhdəlikləri 2024-cü ilin sonundakı 476 milyon 386 min manatdan 2025-ci ilin sonunda 523 milyon 823 min manata çatıb. Bu isə ümumi borcun 47 milyon 437 min manat artması deməkdir.

Qeyd edək ki, hesabat dövründə şirkətin xalis mənfəəti də azalıb. Belə ki, "Azərişıq" 2025-ci ili 8 milyon 372 min manat xalis mənfəətlə başa vurub. Halbuki 2024-cü ildə bu göstərici 15 milyon 553 min manat təşkil etmişdi.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR