Mopedlərlə bağlı yeni qaydalar

Azərbaycanda mopedlərin texniki baxışdan keçirilməsinə, dövlət qeydiyyatına alınmasına və ya digər xidmətlərin göstərilməsinə görə dövlət rüsumu müəyyənləşir.

Ölkə.ax xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, moped sahibləri nəqliyyat vasitəsinin illik qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə 15 manat miqdarda dövlət rüsumu ödəyəcəklər.
Bundan başqa, moped sahibləri digər prosedurlara görə də dövlət rüsumu ödəyəcəklər 
Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat  vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün - 15 manat:

Nəqliyyat vasitələrinin qeydiyyatına (daimi və müvəqqəti  uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə - 10 manat;
Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə - 40 manat;
Mopedlərin idarə olunmasının sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə - 20 manat.

Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün - 30 manat;
Dövlət qeydiyyat nişanlarının verilməsinə görə - 15 manat;
Qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 30 manat.
Layihəyə əsasən, mopedlər icbari sığortaya cəlb olunmalıdır.
Qeyd olunur ki, qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutulur. 

Xatırladaq ki, layihə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 9 dekabr tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR