
Reklam
18 Aprel 2026, 16:47
132
Şirin qidalar yedikdən sonra bunu etməyin - SƏBƏB
Şirin qidalar qəbul etdikdən dərhal sonra dişləri fırçalamaq tövsiyə olunmur.
Bu barədə stomatoloq Andres Ramires xəbərdarlıq edərək bildirib ki, şəkər ağız boşluğunda sürətlə turşuya çevrilir. Məhz bu mərhələdə dişləri fırçalamaq diş minasına zərər verə və onun aşınmasına səbəb ola bilər.
Mütəxəssis qeyd edir ki, dişləri təmizləməzdən əvvəl ən azı 30 dəqiqə gözləmək daha təhlükəsizdir. O, həmçinin şirniyyatların gün ərzində hissə-hissə deyil, bir dəfəyə qəbul edilməsinin daha düzgün olduğunu vurğulayır. Bu üsul turşuların dişlərə təsir müddətini azaldır və onların sağlam qalmasına kömək edir. (Milli.az)
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





