Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib

Albaniyanın paytaxtı Tirana şəhərində yerləşən “Mother Teresa” Universitet Xəstəxana Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yeni təchiz olunmuş pediatrik sedasiya otağının açılışı olub.

AZƏRTAC xəbər verir ki, bu humanitar təşəbbüs çərçivəsində Heydər Əliyev Fondu tərəfindən müasir anesteziya aparatı və sedasiya otağının tam təchiz edilməsi üçün zəruri avadanlıqlar təqdim edilib. Tibbi və cərrahi prosedurlar zamanı sedasiyaya ehtiyacı olan pasiyentlər üçün nəzərdə tutulan otağın yaradılması Albaniya dövlət xəstəxanasında pediatrik xidmətlərin keyfiyyətinin artırılmasına bir töhfədir.

Bu təşəbbüs Heydər Əliyev Fondunun uşaqların sağlamlığı və rifahına yönələn fəaliyyətinin, eləcə də Azərbaycan ilə tərəfdaş ölkələr arasında humanitar əlaqələrin möhkəmləndirilməsində fəal rolunun daha bir təsdiqidir.

Açılış tədbirində Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov, “Mother Teresa” Universitet Xəstəxana Mərkəzinin direktoru və tibb müəssisəsinin kollektivi iştirak ediblər.

Səfir Anar Hüseynov Azərbaycan ilə Albaniya arasında münasibətlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, belə təşəbbüslər iki ölkə arasında dostluq münasibətlərinin genişlənməsinə yönəlib.

“Mother Teresa” Universitet Xəstəxana Mərkəzinin direktoru və tibb heyəti Heydər Əliyev Fonduna təşəkkürünü ifadə edərək, bu təşəbbüsü Albaniyada pediatrik səhiyyə xidmətlərinin inkişafına töhfə kimi yüksək qiymətləndirib.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR