İlham Əliyev neftin bahalaşmasından danışdı

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub.

Gazette.az xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:

“Biz neft və qaz qiymətlərinin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir. Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil. Biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq”.

***
Dövlət başçısı qeyd edib ki, boru kəməri ilə ixrac edilən qazın həcminə və coğrafi əhatəyə görə Azərbaycan dünyada bir nömrəli ölkədir.

Azərbaycan Prezident bildirib ki, hazırda ixracın həcmi artır və bu, belə də davam edəcək: “Bu, bir çox ölkələr üçün enerji təhlükəsizliyinin mühüm amilidir. Beynəlxalq bazarlara, ümumiyyətlə, təchizatçı kimi Azərbaycan enerji təhlükəsizliyinə öz töhfəsini davam etdirəcək”.

SON XƏBƏRLƏR

İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

BÜTÜN XƏBƏRLƏR