
Azərbaycan qadını yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalıb
Bu gün ictimai həyatın bütün sferalarında layiqincə təmsil olunan Azərbaycan qadını Şərqin ilk demokratik Respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanmış, xalqımızın milli ideologiyasının formalaşmasında iştirak etməyə başlamışdır. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən dəyərli dayağı olmuşlar. Azərbaycanda dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümumilli Lider Heydər Əliyev hər zaman qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmış, onların ictimai-siyasi hətatda hərtərəfli fəaliyyətinə geniş meydan verərək, lider qadınlar yetişdirmişdir.
Müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, Ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Həyatın bütün sahələrində olduğu kimi, qadınlarımızın ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Azərbaycan Ordusunun bütün qoşun növlərində xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi-tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Qürurverici haldır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanımın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Onun rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Azərbaycanda gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir, qadınlar mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. 1998-ci ildə keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir və həmin ildən başlayaraq hər beş ildən bir Azərbaycan qadınlarının qurultayı keçirilir.
Çoxəsrlik tariximizin sınağından üzüağ, alnıaçıq çıxan Azərbaycan qadını əminliklə deyə bilərik ki, bu gün tarixinin ən şərəfli, qürurlu dövrünü yaşayır!. Günün mübarək Azərbaycan qadını!.
Vidadi İsmayılov
Neftçala rayonu
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





