Əsəbləri sakitləşdirən və arıqladan sağlam qidalar - Diyetoloq

Yüksək kortizol (stres hormonu) səviyyəsi çəki azaltma prosesini çətinləşdirə bilər. İnsan nə qədər az kalori qəbul etsə və intensiv idmanla məşğul olsa belə, kortizol yüksək olduqda bədən yağ yandırmağa müqavimət göstərə bilər.

Ölkə.Az-ın məlumatına görə, bunu diyetoloq Hicran Şirinovun bildirib və qeyd edib ki, az kalori ilə ağır məşqlər kortizol səviyyəsini daha da artıra bilər. Kortizol isə stres hormonu kimi yağ yığılmasını təşviq edir və bu proses xüsusilə qarın nahiyəsində daha qabarıq şəkildə özünü göstərir.

Diyetoloq vurğulayır ki, bu halda yanaşma yalnız kalori kəsmək yox, həm də qidalanma vasitəsilə kortizolu normallaşdırmaq olmalıdır. Onun sözlərinə görə, bəzi təbii qidalar bu prosesə müsbət təsir göstərə bilər.

Belə qidalara Omega-3 yağ turşuları ilə iltihabı azaldan siyənək balığı, probiotiklərlə bağırsaq sağlamlığını dəstəkləyən kələm turşusu, stresi yüngülləşdirən tünd şokolad, sinir sistemi balansını qoruyan banan daxildir.

Hicran Şirinov əlavə edib ki, C vitamini ilə kortizol səviyyəsinə təsir göstərən xurma, maqneziumla rahatlamağa kömək edən balqabaq tumu, sakitləşdirici təsiri olan melissa çayı və sinir sistemini gücləndirən lobya da faydalı qidalar sırasındadır.

Diyetoloqun fikrincə, kortizol səviyyəsinin normallaşdırılması təkcə çəki azalmasına deyil, eyni zamanda enerji səviyyəsinin və əhvali-ruhiyyənin yüksəlməsinə də kömək edir. Əks halda isə yüksək kortizol yağ yandırma prosesini davamlı şəkildə əngəlləyə bilər.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR