Belə pəhriz ishal və mədə yanğısı yaradır - Diyetoloqdan xəbərdarlıq

Sürətli çəki itkisi vəd edən kokteyl əsaslı arıqlama məhsulları geniş yayılıb. Lakin mütəxəssislər bu məhsulların sağlamlıq baxımından ciddi risklər daşıdığına diqqət çəkir.

Ölkə.Az-ın məlumatına görə, diyetoloq Hicran Şirinova bildirib ki, bu tip məhsullar real qidanı əvəz etmir və metabolik sağlamlığa mənfi təsir göstərə bilər.

Onun sözlərinə görə, kokteyl əsaslı arıqlama məhsulları təbii qida hesab edilmir, çünki çeynənmir, qida strukturu yaratmır və mədə-bağırsaq sistemini aktivləşdirmir. Laboratoriyada hazırlanmış, işlənmiş toz formalı bu məhsullar real qidanın verdiyi lif, ferment aktivliyi və çeynəmə refleksi kimi vacib mexanizmləri təmin etmir.

Mütəxəssis xüsusilə insulin və şəkər balansı mövzusunda risklərə diqqət çəkir.

“Şəkəri azdır” ifadəsinin insulin baxımından təhlükəsiz anlamına gəlmədiyini vurğulayan H.Şirinova bildirir ki, maye qidalar, rafinə karbohidratlar və lif çatışmazlığı insulin cavabını yüksəldə bilər. Bu səbəbdən insulin dirənci, PCOS, qaraciyər yağlanması və prediabet mərhələsində olan şəxslər üçün bu məhsullar uyğun sayılmır.

Diyetoloqun fikrincə, işlənmiş və maye qidalar mədə turşusu ifrazını zəiflədir, həzmi yarımçıq saxlayır və tez aclıq hissi yaradır. Nəticədə şişkinlik, qaz, qəbizlik, ishal və mədə yanması kimi problemlər ortaya çıxır. O qeyd edir ki, bu təsirlər təsadüfi deyil və arxasında konkret fizioloji mexanizmlər dayanır.

Hicran Şirinova əlavə edib ki, bu kokteyllərin tərkibində olan izolyasiya olunmuş zülallar, dadlandırıcılar və emulqatorlar bağırsaq mikrobiotasını real qida kimi qidalandıra bilmir və uzunmüddətli istifadədə disbioz riskini artırır. “Bağırsaq tozla yox, qida ilə sağalır”, – deyə o vurğulayıb.

Mütəxəssis sonda bildirir ki, kokteyl əsaslı sistemlər qısa müddətdə çəki azalmasına səbəb ola bilər, lakin metabolizmanı və insulin balansını bərpa etmir. Onun sözlərinə görə, sağlamlıq real qida, çeynəmə, lif və qida müxtəlifliyi üzərində qurulur: “Arıqlamaq hər zaman sağlamlaşmaq demək deyil. Metabolik sağlamlıq isə yalnız tərəzidə görünmür.”

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR