Ürək sağlamlığı üçün ƏN YAXŞI PƏHRİZ

Penninqton Biotibbi Araşdırmalar Mərkəzinin alimlərinin iştirakı ilə hazırlanan DASH ("Dietary Approaches to Stop Hypertension") pəhrizi, "U.S. News & World Report Best Diets 2026" reytinqində ardıcıl ikinci il ürək-damar sağlamlığı üçün ən yaxşı pəhriz seçilib.

DASH pəhrizi bütün orqanizmin sağlamlığının qorunması üzrə ümumi sıralamada yenidən ikinci yeri tutub.

Bu pəhriz doymuş yağların, xolesterinin və ümumi yağların aşağı səviyyədə qəbulunu nəzərdə tutur. Rasionun əsasını meyvələr, tərəvəzlər, yağsız və ya azyağlı süd məhsulları, tam taxıllar, balıq, quş əti və qoz-fındıq təşkil edir. Eyni zamanda, tipik Amerika rasionu ilə müqayisədə qırmızı ət, şirniyyat, əlavə edilmiş şəkər və şirin içkilərin istehlakı azaldılır.

DASH pəhrizi güclü elmi bazasına, balanslaşdırılmış tərkibinə, çevikliyinə və sərt qadağaların olmamasına görə yüksək qiymətləndirilib. Bu pəhrizdə bütöv qida qrupları rasiondan çıxarılmır. Rasion ilkin olaraq ürək-damar sağlamlığını dəstəkləmək üçün yaradılıb və liflərlə, eləcə də kalsium, kalium və maqnezium kimi vacib minerallarla zəngindir.

Bununla yanaşı, pəhrizin təzyiqi, insult riskini və ürək-damar fəsadlarını azaltmaq qabiliyyəti elmi cəhətdən sübut olunduğu üçün artıq 20 ilə yaxındır ki, lider mövqelərini qoruyub saxlayır.(Report)

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR