Data jurnalistikaya aid yeni dərs vəsaiti nəşr edilib

Müasir jurnalistikanın bütün sahələrində, o cümlədən rəqəmsal medianın ən yeni trendlərini özündə əks etdirən televiziya yayımında datalar əhəmiyyətli yer tutur. TV jurnalistləri hazırladıqları verilişlərin forma və məqsədindən asılı olaraq datalardan müxtəlif şəkildə istifadə edirlər. Belə yaradıcılıq prosesində jurnalist həm kiçik ekranın özəlliklərini bilməli, həm də data ilə işləməyi bacarmalıdır. Bakı Dövlət Universitetinin “Nəşr Evi”ndə çap olunmuş “Telejurnalistika və data analiz” adlı dərs vəsaiti gələcək jurnalistlərə məhz bu bilik və bacarıqları təlqin etmək nəqsədilə yazılıb.

Kitabın müəllifi, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu İsayeva AZƏRTAC-a bildirib ki, müasir tədris ehtiyaclarına uyğun olaraq yazılmış dərs vəsaiti daim yenilənən televiziya jurnalistikasında, ümumən jurnalistika və multimedia yaradıcılığında aparıcı mövqe tutan data analizinin aktual məsələlərini özündə əks etdirir.

Mövcud yayım praktikasının tələblərinə uyğun olaraq dərs vəsaitində data analiz televiziyanın məlumat mənbəyi və jurnalist-reportyor işinin vacib istiqaməti kimi nəzərdən keçirilir. Datanın mahiyyəti, verilənlər bazası kimi televerilişlərdə istifadəsi, xəbər istehsalı üçün önəmi, əldə edilib işlənməsi, vizuallaşdırılması, hekayə halına salınıb auditoriyaya çatdırılması kimi yaradıcılıq mərhələləri ön plana çəkilib.

Ali məktəblərin jurnalistika fakültələrinin tələbələri və multimedia sahəsində çalışan jurnalistlər üçün nəzərdə tutulmuş dərs vəsaitinin elmi redaktoru dosent Sevinc Məmmədova, rəyçiləri isə professor Qulu Məhərrəmli və yeni media üzrə mütəxəssis Anzulə Cəfərovadır. Vəsait kütləvi tirajla nəşr edilib.

SON XƏBƏRLƏR

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

BÜTÜN XƏBƏRLƏR