Qazaxıstan Respublikasının prokurorluq əməkdaşları üçün təlim keçirilib

Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Qazaxıstan Respublikası Baş Prokurorluğu arasında institusional əməkdaşlığın gücləndirilməsi  çərçivəsində, fundamental mövzusu “Ekstremizm və terrorizmə, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının hüquq-mühafizə və xüsusi dövlət orqanlarının müsbət təcrübəsi” olan və ən yaxşı təcrübələrin transferini hədəfləyən əhatəli təlim kursu təşkil edilib. 

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında baş tutan 5 günlük bu intensiv kurs, Qazaxıstanın prokurorluq əməkdaşlarının peşəkar səriştələrinin artırılmasına xidmət edib.

Təlimdə Baş Prokurorluğun və Baş İdarənin əməliyyat işçiləri tərəfindən milli qanunvericilik, əməllərin tövsifi (hüquqi kvalifikasiyası) və ibtidai araşdırmaya prosessual rəhbərliyin effektiv mexanizmləri izah edilib, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının müəllimləri təhlükəsizlik paradiqmaları və anti-terror əməliyyatlarında analitik yanaşmalar barədə məlumat verib, Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsi beynəlxalq standartlara uyğun maliyyə kəşfiyyatı və transsərhəd əməkdaşlıq aspektlərini ətraflı şərh edib, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") əməkdaşı  Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyini diqqətə çatdırıb.

SON XƏBƏRLƏR

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

BÜTÜN XƏBƏRLƏR