Qışda xəmir yeməkləri mədəyə necə təsir edir? - AÇIQLAMA

Soyuq havaların başlaması ilə xəmir yeməklərinə qutab, plovun yanında lavaş, xəngəl, düşbərə və digər karbohidratlı qidalara maraq artır.

Bəs bu yeməklər qış aylarında mədəyə necə təsir edir?

Qida eksperti Ağa Salmanov bildirib ki, soyuq mövsümdə orqanizm daha çox enerji tələb etdiyi üçün insanların xəmir və karbonhidrat tələbatı artır. Lakin bu cür yeməklərin tez-tez və həddindən artıq qəbulu mədədə ağırlıq, köp, qaz və həzm gecikməsi yarada bilər.

O, qeyd edib ki, xüsusilə də axşam saatlarında ağır xəmir yeməkləri yemək mədənin işini ləngidir və reflüks, yanğı, həzmsizlik kimi şikayətləri gücləndirir:

"Şorba və tərəvəzlə zəngin qidalarla balanslaşdırılmadıqda xəmir yeməkləri çəki artımına da səbəb ola bilər. Qış aylarında xəmir yeməklərindən tam imtina etmək lazım deyil, lakin porsiyalar kiçik olmalı, qidalanma tərəvəz, zülal və kifayət qədər su ilə tarazlaşdırılmalıdır. Onların sözlərinə görə, gün ərzində aktivlik azalıbsa və hərəkət minimumdursa, xəmir yeməklərini daha nadir seçmək daha sağlam hesab olunur".

Ekspert bildirib ki, düzgün porsiya və uyğunlaşdırılmış rasionla xəmir yeməkləri qışda təhlükə yaratmır, əsas olan balansı qorumaqdır. (milli.az)

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR