Tərbiyəçi-müəllimlər üçün təlimlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində çalışan bir qrup tərbiyəçi-müəllim üçün fəaliyyətin təkmilləşdirilməsinə dair təlimlər keçirilib.  

Paytaxtdakı məktəbəqədər təhsil müəssisələrini əhatə edən təlimlərdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Məktəbəqədər təhsilin təşkili sektorunun müdir səlahiyyətlərini müvəqqəti icra edən Rəna Aslanova, təlimçi-metodistlər,  psixoloq və tərbiyəçi-müəllimlər iştirak ediblər.

Məktəbəqədər təhsildə keyfiyyətin artırılmasının əsas prioritet istiqamətlərdən biri olduğunu bildirən BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi baxımından təlimlərin mühüm əhəmiyyət daşıdığını söyləyib. Müdir müavini belə görüşlərin təlim-tərbiyə prosesində yeni interaktiv və innovativ yanaşmaların tətbiqinə, uşaqlar üçün daha əlverişli və təhlükəsiz mühitin yaradılmasına müsbət töhfə verəcəyinə ümidvar olduğunu bildirib.  

İxtisaslaşmış təlimçi-metodistlər tərəfindən keçirilən təlimlərlərdə məktəbəqədər təhsildə uşaqların fərdi psixoloji xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyindən danışılıb, metodiki işin təşkili zamanı səriştəlilik prinsiplərinin, ənənəvi təcrübədən yaradıcı istifadənin zəruriliyindən bəhs edilib. Həmçinin iştirakçılar müasir pedaqoji trendlər, uşaq inkişafı və psixologiyası, oyun əsaslı təlim metodları, təhlükəsiz və inkişafyönümlü mühitin təmin olunması, təlim-tərbiyə prosesində valideynlərin iştirakı, onlarla effektiv ünsiyyət bacarıqları və digər vacib mövzular barədə məlumatlandırılıblar.

Təlimlərdə iştirakçılarla interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, təlimlərin keçirilməsində əsas məqsəd məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlıq səviyyəsinin artırılması, müasir təlim metodlarının tətbiqi və uşaqların inkişafına yönəlmiş innovativ yanaşmaların gücləndirilməsindən ibarətdir.

SON XƏBƏRLƏR

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

BÜTÜN XƏBƏRLƏR