İş saatı artırılan müəllimlərin maaşı nə qədər artacaq? - Nazirdən AÇIQLAMA

Elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin iş saatının uzadıldığı təqdirdə əmək haqqının neçə faiz aratacağı barədə suallara münasibət bildirib.

Ölkə.Az xəbər verir ki, nazir bu sualların cavablarını verməyin elə də asan olmadığını söyləyib:

"Bu, hesablama tələb edir. Orada bir neçə seçimlər var. Amma ümumi yanaşmamız budur ki, daimi ştatlı müəllimin əməkhaqqı orta əməkhaqqından ən azı 2 dəfə çox olsun. Çünki biz indi müəllimin orta əməkhaqqını hesablayanda orada 4, 5, 6 saat dərs deyən müəllimin də əməkhaqqısı o statistik ölçüyə düşür və mənə elə gəlir ki, yanlış bir yanaşma yaradır. 

İkinci yanlışlıq da ondan ibarətdir ki, faktiki olaraq müəllim öz əməkhaqqını artırmaq üçün daha çox dərs deməlidir, onun başqa yolu yoxdur. Bu da doğru deyil. Ona görə də bu məsələlərdə Elm və Təhsil Nazirliyinin açıqlamalarını gözləyin. Bu, sabah və ya növbəti dərs ilində də baş verəsi hadisə deyil. 

Hələ ki biz bu fikri ona görə təqdim etmişik ki, ictimaiyyət buna konstruktiv mövqe bildirsin. Konstruktiv mövqe odur ki, biz detalları açıqlayandan sonra bunun müsbət və mənfi tərəflərini, müxtəlif rəyləri dinləməyə hazırıq. Amma hələ biz heç bir rəy vermədən insanlar artıq bunun pis və ya yaxşı olması ilə bağlı fikir bildirməyə başlayıblarsa, bu, həmin fikir bildirən insanların peşəkarlığını göstərir. Yəni səmimi olaraq insan bilmədiyi şey haqqında nəsə fikir bildirir",- deyə o əlavə edib.

SON XƏBƏRLƏR

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

BÜTÜN XƏBƏRLƏR