Ordubadda 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbir keçirilib

7 noyabr 2025-ci il tarixində Ordubad Rayon Mədəniyyət Sarayında “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Şanlı tariximizin Zəfəri” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ordubad rayonunu təmsil edən  deputatlar, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, hərbçilər, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və əməkdaşları iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Republikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra Dövlət Himni səsləndirilib.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxışında Zəfər Gününün Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biri olduğunu vurğulayıb və bu qələbə günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə, həmçinin 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri ölkəmizin suverenliyinin tam bərpa olunmasında mühüm rol oynayıb.

Bu qələbənin təməlində isə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi xətti dayanır. Ulu Öndərin yaratdığı möhkəm dövlətçilik məktəbi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuzun güclənməsi, ölkəmizin beynəlxalq nüfuzunun artması və qazanılan uğurlar məhz bu strateji siyasətin nəticəsidir. Rəcəb Rəhimli çıxışında şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edərək onların göstərdikləri qəhrəmanlığın xalqımız üçün əbədi qürur mənbəyi olduğunu, qazilərimizin və müharibə iştirakçılarının fədakarlığının isə Zəfər tariximizin ən dəyərli səhifələrindən biri olduğunu vurğulayıb.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ramil Nəbiyev və Birinci Qarabağ müharibəsi qazisi Raqib Baxşıyev çıxış ediblər. Onlar 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının milli qürurunu, ordumuzun qüdrətini və xalqımızın sarsılmaz iradəsini əks etdirən tarixi gün olduğunu qeyd edərək şəhidlərimizin müqəddəs xatirəsinin hər zaman uca tutulacağını bildiriblər.

Tədbirin bədii hissəsində Vənənd kənd tam orta məktəbin şagirdlərinin ifasında Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.  

1

1

1

1

1

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR