“Üzeyir Hacıbəyli və Azərbaycan xalq musiqisinin bədii ənənələri” mövzusunda dəyirmi masa

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsinin “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının nəzdində fəaliyyət göstərən “Ənənəvi musiqinin təcrübə mərkəzi” dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş festival çərçivəsində “Üzeyir Hacıbəyli və Azərbaycan xalq musiqisinin bədii ənənələri”mövzusunda dəyirmi masa təşkil edib. Dəyirmi masa 6 noyabr 2025-ci il tarixində keçirildi.

Dəyirmi masada “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, Əməkdar müəllim, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova, “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov, Əməkdar incəsənət xadimi, “Ənənəvi musiqinin təcrübə mərkəzi”nin müdiri, professor Cavanşir Quliyev, “Musiqi tarixi” kafedrasının müəllimi Ülkər Rzayeva, “Tarix-nəzəriyyə” fakültə Elmi Şurasının baş laborantı Nəcibə Ələkbərova, bakalavr və magistr etnomusiqişünas tələbələri iştirak etmişdir.

Tədbiri professor Tariel Məmmədov açaraq, Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətlərindən, onun xalq musiqisi ənənələrini professional bəstəkarlıq məktəbi ilə sintez etmə bacarığından bəhs edib.Bakalavr və magistr etnomusiqişünas tələbələr Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş təqdimatlarla çıxış ediblər. Müzakirələr zamanı iştirakçılar Üzeyir Hacıbəylinin yaradıcılığında xalq musiqisinin bədii dəyərləri, milli musiqi irsinin tədrisində və müasir musiqi təhsilində bu ənənələrin qorunub inkişaf etdirilməsi mövzularına toxunublar.

Dəyirmi masa Üzeyir Hacıbəylinin zəngin irsinin tədqiqi, gənc musiqiçilərdə milli musiqiyə marağın artırılması və ənənəvi musiqinin müasir təhsil prosesində tətbiqinə həsr olunmuş müzakirələrlə yadda qalıb.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR