
Məşhur dirijor Bakı Musiqi Akademiyasının qonağı oldu
Bakı Musiqi Akademiyasında Bosniya və Herseqovinadan olan tanınmış dirijor, “Amadeus” Fondunun rəhbəri Emir Nuhanoviç ilə görüş keçirildi.
Gazette.az xəbər verir ki, Emir Nuhanoviç Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova ilə görüşmüşdür. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva da görüşdə iştirak etmişdir.
Görüş zamanı qonaq öz bəstələdiyi əsərləri təqdim edib və fondun fəaliyyəti barədə məlumat verdi. Söhbət zamanı Azərbaycan və Bosniya musiqi mədəniyyəti arasında əməkdaşlıq imkanları müzakirə olundu.
Emir Nuhanoviç qeyd etdi ki, gələcəkdə Bakı Musiqi Akademiyası ilə birgə layihələrin həyata keçirilməsi və tələbələr üçün beynəlxalq təcrübə proqramlarının təşkili onun üçün böyük əhəmiyyət daşıyır.
Görüş səmimi və yaradıcı atmosferdə keçib, qarşılıqlı əməkdaşlıq istiqamətində ilkin razılaşmalar əldə olundu.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva da görüşdə iştirak etmişdir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





