Məktəblilərarası Milli Hakatonun yarımfinal və final mərhələlərinin tarixləri açıqlanıb

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” layihəsinin yarımfinal və final mərhələlərinin tarixləri müəyyənləşib.

Nazirlikdən  bildirilib ki, yarımfinal mərhələsi noyabrın 28–30-da, final mərhələsi isə dekabrın 1-də keçiriləcək.

İştirakçılar bu mərhələlərdə layihə təqdimatları, praktiki tapşırıqlar və komanda əsaslı proqramlaşdırma üzrə bacarıqlarını nümayiş etdirəcəklər.

Bu il ölkə üzrə 5–11-ci siniflərdə təhsil alan 300 mindən artıq şagird müsabiqəyə qatılıb. İlkin seçimlərdən sonra 300 şagird (74 komanda) yarımfinal mərhələsində mübarizəni davam etdirəcək.

Hazırda komandalar yarımfinal mərhələsinə hazırlıq prosesini davam etdirirlər. Onlara IT sahəsində təcrübəli mütəxəssislər, o cümlədən “CODE FOR FUTURE” layihəsinin məzunları tərəfindən mentor dəstəyi göstərilir.

Qeyd edək ki, hakatonla paralel olaraq məktəblilərin İKT bacarıqlarını inkişaf etdirmək məqsədilə “Code Hour Challenge” təşəbbüsü həyata keçirilir. Oktyabrın 27-dən aktiv olan “Süni intellekt” və “İnformasiya təhlükəsizliyi” mərhələləri noyabrın 27-dək davam edəcək. Bu mərhələlərdə 6–11-ci sinif şagirdləri iştirak edə və uğurla tamamladıqları halda sertifikatla təltif oluna bilərlər.

Əvvəlki mərhələlərdə iştirak etməyən şagirdlər codehour.edu.az portalında qeydiyyatdan keçərək müsabiqəyə qoşula bilərlər.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR