Şagirdlərin psixoloji rifahı üçün maraqlı təşəbbüs - “Rəqəmsal etiraf”

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin psixoloqları tərəfindən şagirdlərin psixoloji rifahının dəstəklənməsinə xidmət edən yeni təşəbbüs reallaşdırılıb. 

Belə ki, şagirdlərə öz hisslərini, fikir və narahatlıqlarını ifadə etmək imkanı yaradan “Rəqəmsal etiraf” adlı yeni layihəyə start verilib. 

Layihə çərçivəsində şagirdlər məktəbin internet resurslarında yerləşdirilən, həmçinin məktəbin girişində və dəhlizlərdə asılan xüsusi QR kodu oxudaraq anonim şəkildə öz hisslərini, duyğu və narahatlıqlarını məktəbin psixoloq komandasına göndərə bilirlər. 

Bu yanaşma onlara həm rahat ünsiyyət mühiti yaradır, həm də psixoloji yardım almaq üçün müasir və etibarlı platforma təqdim edir. Rəqəmsal imkanlardan istifadə etməklə məktəb psixoloqları daha operativ şəkildə müraciətləri qəbul edir və fərdi, həmçinin qrup şəklində dəstək tədbirləri həyata keçirirlər.

Qeyd edək ki, məktəblilər və təhsil müəssisəsinin müəllim heyəti tərəfindən maraqla qarşılananan layihənin əsas məqsədi şagirdlərdə özünüifadə bacarığını inkişaf etdirmək və məktəbdə psixoloji təhlükəsiz mühiti təmin etməkdən ibarətdir.  

SON XƏBƏRLƏR

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

BÜTÜN XƏBƏRLƏR