Əməkdaşlıq memorandumu imzalanıb

BMU ilə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu arasında memorandum imzalanıb
Bakı Mühəndislik Universiteti (BMU) ilə Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

BMU-nun rektoru Yaqub Piriyev və Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev tərəfindən imzalanan sənəd elmi-tədqiqat, tədris və praktik fəaliyyət sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi, tələbələrin təcrübə proqramlarına cəlb olunması, eləcə də müxtəlif maarifləndirmə layihələrinin icrasını nəzərdə tutur. Sənəddə, həmçinin beynəlxalq səviyyəli birgə tədqiqatların aparılması, əldə olunacaq mühüm elmi nəticələrin müxtəlif konfrans və elmi simpoziumlarda məruzə edilməsi, nüfuzlu xarici jurnallarda dərc olunması öz əksini tapıb. 

İnzalanma mərasimində rektor Yaqub Piriyev bildirib ki, təməli qoyulan əməkdaşlıq elmi potensialın və tədris imkanlarının daha da genişlənməsinə xidmət edəcək. Son illər BMU-da həyata keçirilən yenilikləri, struktur dəyişikliklərini önə çəkən rektor bu sırada Qida və biotexnologiya kafedrasının yaradılmasını ayrıca vurğulayıb. Bildirib ki, BMU-da iki ildir qəbul aparılan “Biotexnologiya” ixtisası abituriyentlər arasında böyük maraq doğurur və ayrılan plan yeri tam dolmaqla yanaşı, bu sahəyə yüksək bal toplayan tələbələr qəbul olub. “Biotexnologiya” ixtisasının bir çox strateji sahələrdə tətbiqinin böyük əhəmiyyət kəsb etdiyini bildirən Yaqub Piriyev universitetdə bu istiqamətdə tədris prosesinin müasir tələblərə uyğun qurulduğunu, tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaların fəaliyyət göstərdiyini vurğulayıb. Eyni zamanda Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu ilə əməkdaşlığın bu işin daha da inkişafında əvəzsiz rol oynayacağını fikirlərinə əlavə edib.

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev imzalanan sənədin elmi-tədqiqat və tədris sahəsində yeni imkanlar açdığını deyib. Bildirib ki, bu əməkdaşlıq gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, habelə müasir yanaşmaların formalaşmasına xidmət edəcək. Çağdaş dövrümüzdə biotexnologiya kimi strateji ixtisasların artan önəmindən danışan və bir sıra konkret nümunələr təqdim edən professor, habelə BMU-da Qida və biotexnologiya kafedrasının fəaliyyət göstərməsini, bu sahələr üzrə kadr hazırlığına diqqətin artırılmasını müsbət qiymətləndirib. Qeyd edib ki, institut ilə universitetin birgə fəaliyyəti sayəsində elmi tədqiqatlar, seminarlar və təcrübə proqramlarının həyata keçirilməsi, elm və tədrisin vəhdəti nəticəsində əldə olunacaq nailiyyətlər bütövlükdə ümumi işə mühüm töhfə verəcək.

Daha sonra memorandumdan irəli gələn məsələlər müzakirə olunub.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR