Üzeyir Hacıbəylinin 140 illiyi Xankəndidə qeyd olundu

Xankəndi şəhəri Konqres Mərkəzində keçirilən konsert proqramında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə simfonik orkestri səhnəyə çıxaraq tamaşaçılara unudulmaz musiqi bayramı bəxş etdi. 

Orkestrin dirijoru Xalq artisti, professor Ramiz Məlik-Aslanov, bədii rəhbəri isə Xalq artisti, professor Fərhad Bədəlbəylidir. 

Tədbirdə Üzeyir Hacıbəylinin ölməz əsərləri:
“Koroğlu” operasından Uvertura,
“Arşın mal alan” operettasından Gülçöhrənin və Əsgərin dueti (ifa edirlər:Şöhrət İsmayılov və Elen İmamyarlı), 
“Arşın mal alan” operettasından Gülçöhrənin naləsi (ifa edir: Elen İmamyarlı),
“Arşın mal alan” operettasından Gülçöhrənin ariyası “Aşiq oldum” (ifa edir:Aysun Mahmudzadə);
dünya musiqi xəzinəsinin incilərindən Feliks Mendelsonun Simfoniya N.4 “İtalyan simfoniyası” səsləndirildi.

Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı Xankəndidə keçirilən bu tədbir həm mədəni, həm də simvolik baxımdan çox önəmli hadisədir. Xankəndidə belə bir tədbirin təşkili şəhərin mədəni həyatının canlanmasına, Qarabağda klassik Azərbaycan musiqisinin yenidən səslənməsinə işarədir.

Bu, həm də azad edilmiş ərazilərdə milli-mədəni dəyərlərin bərpası baxımından böyük əhəmiyyət daşıyır. 

Qeyd edək ki, konsert proqramında Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında  Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Qarabağ Universitetinin professor-müəllim heyəti və tələbələri, Milli Məclisin deputatı Polad Bülbüloğlu,  həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov və xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli konsert proqramı ilə bağlı fikirlərini bölüşərək, Xankəndidə olmağın və bu şəhərdə belə bir konsertin keçirilməsini möcüzə adlandırdılar.

Onlar bildiriblər ki, bu, azad Xankəndidə keçirilən ilk musiqi festivalıdır və belə bir tarixi hadisənin məhz doğma Xankəndidə reallaşması xüsusi qürur hissi doğurur.
Qeyd edək ki, konsert proqramı sentyabrın 18-də  Şuşa şəhərində də davam etdiriləcək.

SON XƏBƏRLƏR

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

BÜTÜN XƏBƏRLƏR