Balıqçılar nadir balıq tutub, 17 min dollara satıblar

Hindistanda balıqçılar tuta bildikləri nəhəng nadir balıq sayəsində varlanıblar.

Gazette.az bildirir ki, bu barədə "Firstpost" xəbər verir.

Balığı Qərbi Benqal əyalətindən olan balıqçılar tutub. Yerli əhalinin "Telia Bhola" adlandırdığı balığın alt növlərindən birinə rast gəldilər. Bəxtəvərlərdən biri olan Şibaji Kabir balığı Digha şəhərindəki hərraca gətirib.

Potensial alıcılar arasında üç saat davam edən bazarlıqdan sonra 50 kiloqramlıq balıq kiloqramı 26 min rupi (təxminən 336 dollar) qiymətinə satılıb. Balıqçıların gəliri 1,3 milyon rupi (təxminən 16 850 dollar) təşkil edib. Bildirilir ki, "Telia Bhola" balığı xarici şirkət tərəfindən alınıb.

Bu növ balıq ilk növbədə ənənəvi tibbdə istifadə edilir. "Bu balıqdan həyat qurtaran dərmanlar hazırlamaq üçün istifadə olunur. Buna görə əcnəbilər bu böyük balıq üçün belə bir məbləğ ödədilər", - deyə Dighinin iş adamlarından biri Hindistan mediasına verdiyi müsahibədə izah edib.

"Firstpost" qeyd edir ki, eyni bazarda hərracda bir neçə gün əvvəl, bu növün bir balığı 900.000 rupiyə (11 350 dollardan çox) satılıb.

Nabakumar Payra şəhərinin Balıqçılar və Balıq Satıcıları Assosiasiyasının üzvünün dediyinə görə, "Telia Bhola" ildə cəmi iki-üç dəfə balıqçılara rast gəlir və bəxti gətirən "səhər zəngin oyanır".

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR