ABŞ-da silah dövriyyəsinə nəzarət gücləndirilir
Siyasət
25.06.2022 / 23:20
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə odlu silahların dövriyyəsinə nəzarətin gücləndirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Gazette.az xarici KİV-ə istinadən xəbər verir ki, təşəbbüsü Nümayəndələr Palatasının 234 üzvü dəstəkləyib, 193-ü isə əleyhinə çıxıb.
Sənəd daha sonra ABŞ Prezidenti Cozef Bayden tərəfindən imzalanmalıdır.
Bundan əvvəl Cozef Bayden Texasda 21 nəfərin öldüyü atışmadan sonra silah lobbisinə meydan oxumağa çağırmışdı.