BAKU Azərbaycan
20.03 °C

Rusiya İlan adasından çəkildiyini təsdiqləyib: “Bu, xoşməramlı addımdır”

“Bu gün xoşməramlı addım olaraq Rusiya hərbçiləri İlan adasında tapşırıqları yerinə yetirib və orada yerləşən qarnizonu geri çəkiblər”.

Gazette.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Həmçinin Rusiya Müdafiə Nazirliyi bu addımı onunla izah edib ki, Rusiya BMT-nin kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhliz təşkil etmək səylərinə mane olmur.

“Bu qərar Kiyevə Rusiyanın Qara dənizin şimal-qərb hissəsinə tam nəzarəti səbəbindən taxıl ixracının mümkünsüzlüyünə istinad edərək, yaxınlaşan ərzaq böhranı mövzusunda spekulyasiya etməyə imkan verməyəcək”, - Müdafiə Nazirliyi bildirib.

Xatırladaq ki, bu gün Ukraynanın “Cənub” əməliyyat komandanlığı İlan adasının işğaldan azad edildiyini açıqlayıb. Bu məlumatı Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak da təsdiqləyib.

 

 

report