Bakıda Beynəlxalq Olimpiya Gününə həsr olunmuş konfrans keçiriləcək

İyunun 24-də Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) təşkilatçılığı ilə Beynəlxalq Olimpiya Gününə həsr olunmuş "İdman elminin müasir aspektləri" mövzusunda beynəlxalq elmi-praktiki konfrans start götürəcək.

ASAPES-dən verilən məlumata görə, 2 gün davam edəcək konfransın məqsədi idmanın inkişafında son elmi nailiyyətlərin birgə müzakirəsi və təcrübə mübadiləsidir.

Konfransda respublikanın bədən tərbiyəsi və idman sahəsində görkəmli mütəxəssisləri ilə yanaşı, Böyük Britaniyanın London Kollec Universiteti (UCL), London İmperial Kolleci, Volverhampton Universitetinin, Türkiyənin Eskişehir Texniki Universiteti, Rusiyanın MGİMO, Lomonosov adına Moskva Dövlət Universiteti və digər ali məktəblərin professor heyətinin iştirakı gözlənilir.

Maykl Pol Luzmor, Denis Remedios, Roman Yahoda, Taro Netzer, Endi Leyn, Hayri Ertan, Artem Malqin, Nikolay Peşin kimi beynəlxalq səviyyədə tanınmış mütəxəssislər öz bilik və təcrübələrini konfrans iştirakçıları ilə bölüşmək üçün Azərbaycana səfər edəcəklər.

Konfransın Baku Marriott Hotel Boulevard otelində keçiriləcək ilk günündə idman elminin psixologiyası, idman tibbi, idman menecmenti və idman hüququ kimi istiqamətləri üzrə aktual mövzularda məruzələr təqdim ediləcək.

Konfransın ikinci günü "İdmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi", "Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması" və "Bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili" bölmələrində maraqlı təqdimatlar və müzakirələrlə ASAPES-də davam edəcək.

SON XƏBƏRLƏR

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

“Atlant”ın rəhbəri vəfat etdi

Prezident Vyetnamın Baş naziri ilə görüşdü

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi

QHT-lər üçün qrant müsabiqələri elan edildi

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başlayıb

Sabah pensiyalar tam ödəniləcək

İspaniyadan gətirilən qida məhsulunda uyğunsuzluq aşkarlanıb

“Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik”

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq

Məleykə Abbaszadə BDU-nun rektoru oldu

Elçin Babayev vəzifəsindən azad olundu

Dövlət qulluğu imtahanlarında iki fənn ləğv edilir? - Açıqlama

Gecikən qatarlara görə kompensasiya veriləcək - Rəsmi açıqlama

BÜTÜN XƏBƏRLƏR