BAKU Azərbaycan
17.03 °C

KİV: İsrail parlamentinə seçkilər oktyabrın sonunda keçirilə bilər

İsrail Knessetinə seçkilər yəhudi bayramlarından sonra oktyabrın sonunda təyin oluna bilər.

Bu barədə Gazette.az İsrail mətbuatına istinadən xəbər verir.

“Mümkün seçki tarixi: Çərşənbə axşamı, 25 oktyabr 2022-ci il, bayramlardan sonra”, - məlumatda deyilir.

Qeyd edək ki, İsrailin baş naziri Naftali Bennet və xarici işlər naziri Yair Lapid Knessetin buraxılması haqqında qanun layihəsini dəstəkləyəcək.

Layihə gələn həftə parlamentin təsdiqinə təqdim olunacaq, təsdiq olunarsa, rotasiya nizamlı şəkildə həyata keçiriləcək, yəni keçid dövründə Lapid hökumətin başçısı olacaq.