BAKU Azərbaycan
15.03 °C

Bakıda ayaqyolundan yeniyetmə qızın meyiti tapıldı - Oğlana görə özünü asıb

Bakıda 16 yaşlı qız intihar edib.

Bakıda 16 yaşlı qız intihar edib.

Gazette.az qafqazinfo-ya istinadən xəbər verir ki, 16 iyun saat 16 radələrində Mərdəkan qəsəbəsində yerləşən "Günəşli" sanatoriyasındakı sanitar qovşaqdan yeniyetmə qızın asılmış vəziyyətdə meyiti aşkar edilib.

İlkin araşdırmalardan sonra meyitin həmin sanatoriyanın həyətindəki evlərdən birində yaşayan, 2006-cı il təvəllüdlü Ə.Əliyevaya məxsus olması müəyyən edilib. 

Bəlli olub ki, orta məktəbin yuxarı sinif şagirdi olan 16 yaşlı Ə.Əliyevanın tanış olduğu oğlanla sevgi münasibəti yaranıb. Valideynləri isə ona həmin oğlanla əlaqəsini kəsməsini tapşırıblar. Ali məktəbə hazırlaşan qızın ailə üzvləri daha sonra Ə.Əliyevanın mobil telefonunu əlindən alıblar.

Bundan sonra 16 yaşlı qız sanitar qovşaqda özünü asaraq həyatına son qoyub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 qafqazinfo-ya istinadən xəbər verir ki, 16 iyun saat 16 radələrində Mərdəkan qəsəbəsində yerləşən "Günəşli" sanatoriyasındakı sanitar qovşaqdan yeniyetmə qızın asılmış vəziyyətdə meyiti aşkar edilib.