BAKU Azərbaycan
19.03 °C

"Yuventus" Poqba ilə 4 illik müqavilə imzalayacaq

İngiltərənin "Mançester Yunayted" klubundan ayrılan Pol Poqba İtaliya "Yuventus"una keçəcək.

Gazette.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Turin təmsilçisi ilə 4 illik müqavilə imzalayacaq.

"Yuventus" bu keçid üçün maaş, bonuslar və agent haqqları daxil olmaqla ümumilikdə 80 milyon avro xərcləyəcək.

Qeyd edək ki, Pol Poqba 2012 - 2016-cı illərdə də "qoca sinyora"nın formasını geyinib.