BAKU Azərbaycan
17.03 °C

Örl Litzenberger: “ABŞ-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir”

“ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlər hazırda çox yüksək səviyyədədir”.

Gazette.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə deyib.

“Əməkdaşlığımızı gücləndirmək üzərində işləməyə davam edəcəyik. Biz sülh prosesinə kömək göstərməyə davam edəcəyik, regionu sabit və təhlükəsiz görmək istəyirik", - səfir bildirib.

Onun sözlərinə görə, Azərbaycanda müxtəlif mədəniyyətlərin nümayəndələri yaşayır və bu, multikulturalizmin inkişafına təkan verir: “Azərbaycan multikultural ölkədir və biz bunu dəstəkləyirik”.