BAKU Azərbaycan
13.03 °C

"Builki çıxışımızı səbirsizliklə gözləyirəm"

"Aston Martin" Formula 1 komandasının pilotları Sebasyan Fettel və Lens Stroll bu həftə keçiriləcək Azərbaycan Qran-prisi barədə gözləntilərini bölüşüb.

Gazette.az bu barədə "Aston Martin" komandasının mətbuat xidmətinə istinadən bildirir.

"Bakıya qayıtmaq çox xoşdur. Mənim burada "Aston Martin"lə fəxri kürsüyə çıxmağımdan bir il ötür. Yeni bolidlərin bu trasa uyğunlaşmasını görmək maraqlı olacaq", - S.Fettel deyib.

Onun komanda yoldaşı L.Stroll ötənilki yarışın onun üçün çətin keçdiyini deyib.

"Amma mən bu trasda yenidən çıxış etməyə hazıram. Uzun düz hissələrin və kəskin döngələrin qarışığı daha ciddi hazırlıq tələb edir. Mən builki çıxışımızı səbirsizliklə gözləyirəm", - deyə L.Stroll bildirib.