BAKU Azərbaycan
15.03 °C

Keyn İngiltərə yığmasındakı qol sayında Çarltonu keçib

"Tottenhem" klubunun futbolçusu Harri Keyn İngiltərə milli komandasının heyətində önəmli statistik göstəriciyə imza atıb.

 UEFA Millətlər Liqasının Almaniya ilə II tur qarşılaşmasında penaltidən bərabərlik qolunu vuran 28 yaşlı hücumçu yığmada 50-ci dəfə fərqlənib.

Bununla da Keyn əfsanəvi Bobi Çarltonu geridə qoyaraq, millinin ikinci ən yaxşı bombardirinə çevrilib. Ona 50 qol üçün 71, Çarltona 49 top üçün 106 görüş keçirmək lazım gəlib.

Rekordçu isə 119 qarşılaşmada 53 qolla "Mançester Yunayted"in keçmiş hücumçusu Ueyn Runidir.

Qeyd edək ki, Almaniya - İngiltərə matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.