İranda qatar relsdən çıxıb, azı 17 nəfər ölüb
Dünya
08.06.2022 / 16:06
İranın şimal-şərqində yerləşən Tabas şəhərindən təxminən 50 km aralı Mazinou dəmiryol stansiyasında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 17 nəfər ölüb, 50-yə yaxın sərnişin yaralanıb.
Gazette.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Qırımızı Aypara Cəmiyyəti Cənubi Xorsan idarəsinin direktoru Müctəba Xaledi bildirib.
O yaralılardan 15-nin vəziyyətinin ağır olduğunu qeyd edib.
Hadisə nəticəsində ölənlərin və yaralananların sayının artacağı gözlənilir. Məlumata görə, hadisə zamanı qatarda 348 sərnişin olub.
Qəzanın səbəbi araşdırılır.