BAKU Azərbaycan
13.03 °C

Avropa çempionatı: Azərbaycanın mini-futbol yığması pley-offa vəsiqəni təmin edib

Mini-futbol üzrə Azərbaycan millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.

Elşad Quliyevin baş məşqçi olduğu komanda B qrupundakı üçüncü görüşündə Albaniya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 48-ci dəqiqədə Mirmehdi Rzayev vurub. Bu nəticədən sonra milli qrupda xallarının sayını 6-ya çatdırıb və pley-off mərhələsinə vəsiqəni təmin edib.

Yığma ilk turda Rumıniya kollektivinə 0:2 hesabı ilə uduzub, ardınca İspaniyanı 5:1 hesabı ilə yenib. Qrupun digər matçında İspaniya Rumıniya ilə görüşəcək.