BAKU Azərbaycan
14.03 °C

Bu gün Boris Consonla bağlı etimadsızlıq səsverməsi keçiriləcək

Bu gün Böyük Britaniya parlamentində ölkənin Baş naziri Boris Consonla bağlı etimadsızlıq səsverməsi keçiriləcək.

Gazette.az  BBC-yə istinadən xəbər verir ki, Mühafizəkar Partiyanın 50-dən çox deputatı Baş nazirə qarşı etimadsızlıq səsverməsi keçirməyə çağırır.

Xatırladaq ki, 2022-ci ilin əvvəlindən B.Consonun istefası barədə söhbətlər gedirdi. Buna səbəb 2020-ci ilin mayında karantin rejimi zamanı Böyük Britaniyanın Baş nazirinin iqamətgahında keçirilən qonaqlıq mərasimləri ilə bağlı mediada yayılan məlumatlar olub. Boris Conson açıq şəkildə üzr istəsə də, vəzifəsini tərk etməkdən imtina edib.

 

 

report