BAKU Azərbaycan
15.03 °C

"Liverpul" onu transfer etmək fikrindən daşındı

"Liverpul" bu yay "Barselona"nın yarımmüdafiəçisi Qavini transfer etmək fikrindən daşınıb.

Gazette.az qol.az-a istinadən xəbər verir ki, 17 yaşlı futbolçu "Barselona"da qalmaq istədiyi üçün Mersisayd təmsilçisi bu ideyadan imtina edib. Daha əvvəl ispan oyunçu ilə "Bavariya" və PSJ-nin maraqlandığı bildirilirdi.

Qeyd edək ki, Qavi ötən mövsüm Kataloniya təmsilçisində 47 oyun keçirib, 2 qol vurub, 6 qolun ötürməsini verib. Onun klubla müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir.