Emin Əmrullayev valideynlərin övladlarını repititor yanına qoymasının səbəbini açıqlayıb

"Təhsil uzunmüddətli və arası kəsilməz prosesdir. Təhsildə təəssüf ki, 9 il heç nə etməyib, 10-11-ci sinifdə hazırlıqlara daha çox xərc çəkib imtahanda yüksək nəticə əldə etmək mümkün deyil. Bu bizim cəmiyyətdə mövcud olan ciddi mifdir".

Gazette.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Təhsildə özəl biznesin rolu" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu barədə müzakirələr aparılmalıdır: "Bu kimi biznes münasibətlərinin tənzimlənməyən istiqaməti də var. Bu ayrılıqda müəllimlərin öz şagirdləri ilə məşğul olması, valideynlərin övladlarının aşağı yaşlarından repititor yanına qoyması məsələsidir. Bir çox hallarda bu, təhsilin keyfiyyəti ilə əlaqələndirilir. Lakin aparılan təhlillər onu göstərir ki, bir çox hallarda işləyən valideynlərin günortadan sonra övladlarını harada saxlaması ilə bağlı olan ciddi tələbdən irəli gəlir. Dünyanın hər yerində məktəbdən sonrakı saatların hansı formada tənzimlənməsi ilə bağlı mənfəətli biznes sahələri qurulur".

O bildirib ki, Azərbaycanda təhsil hələ də biznes fəaliyyəti kimi qəbul edilmir və hər zaman bunun yanında bir tənqid səsləndirilir: "Valideynlərin övladlarını özəl sektora qoymaq üçün çəkdiyi xərc dövlətin bir uşağın təhsilinə ayırdığı xərcdən təxminən 10 dəfə çox olduğundan orada daha yaxşı qidalanma, təhlükəsizlik və infrastruktur var. Bu da valideynin hüququ kimi qəbul olunur. Valideynlər əsasən uşağının aşağı yaşlarında təhsili üçün pul xərcləməyə başlayır. Bu xərc əyrisi 6-cı sinifdə aşağı düşür. Abituriyent dövrü gələndə yenidən hazırlıqlar başlayır. Bunun psixoloji tərəfləri və minlərlə əlaqəlidir. Təhsil nöqteyi nəzərindən həmin xərcləmə əyrisi uşağın inkişafına o qədər də optimal təsir etmir. Əksinə ortadakı boşluq sonda effektiv olmayan nəticələrə gətirib çıxarır".

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR